Prezidenti İlham Əliyev Füzuliyə gedib

0
3
Prezident İlham Əliyev Füzuli rayonuna gedib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev prezident İlham Əliyevə məlumat verib ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib.

Bildirilib ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.