Azəri Günel və qardaşı Tunar Türkiyənin sənət kralı İbrahim Tatlısəslə bağlı maraqlı açıqlamalar veriblər.
Məşhur bacı-qardaş “Solo” verilişində vaxtilə İboyla aralarında olan söhbəti ilk dəfə olaraq açıqlayıb: “Günellə İbrahim bəyin ziyarətinə getmişdik. Mən “Səndən insaf dilər yarim” mahnısını onun üçün oxudum. İbrahim bəy dedi ki, niyə indiyə qədər bunu mənə göstərməmisən. Çox xoşuna gəldi və oxudu”.
Günel İbrahim Tatlısəsin indiyə qədər iki Azərbaycan mahnısı oxuduğunu deyib: “İbrahim bəy bir Şəfiqə Axundovanın mahnısını oxuyub, bir də Tunarın. Studiyaya girib mahnını onun üçün oxudum. O, mənə dedi ki, mən azəri boğazları eləmirəm, sən də mahnını oxuyanda belə xırdalıqlar eləmə. İmperator qardaşımın mahnısını bəyəndi”.(publika.az)