Bu barədə informasiyanı Böyük Britaniyanın “Deyli Teleqraf” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet rəsmi Londonun bu addımı ABŞ-ın yeni prezidenti Donald Trampın Alyansa maliyyə dəstəyini azaltmaq istəməsi ilə əlaqədar atacağını bildirib:
“Trampın seçkiqabağı təşviqat kampaniyası zamanı səsləndirdiyi fikirlər Britaniyanın Alyansa müraciəti üçün impuls olub. Əvvəllər amerikalılar daha çox pul ayıracaqlarını deyirdilər. Əgər yeni administrasiya bu mövqedən imtina etsə, o zaman digər dövlətlər bununla bağlı düşünməli olacaqlar. Digər tərəfdən, Avropa da artıq təhlükəsizliyi ilə bağlı böyük problemlərlə üzləşir. Artıq Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa ordusunun yaradılması ilə bağlı Avropa Birliyi ölkələrinə müraciət edib. Fellon isə Avropadakı həmkarlarını bu fikrindən daşındırmağa çalışacaq”. (Axar.az)