Almaniya Türkiyəni iki şərt qarşısında qoydu:”Ya Avropa yolunda irəliləyəcək, ya da…”

0
3
Gələn həftə Ankaraya səfər etməyi planlaşdırıram.

Bunu Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Bundestaqda çıxışı zamanı deyib.

O bildirib ki, hərbi çevriliş cəhdindən sonra Türkiyə bir yol ayrımına daxil olub:

“Türkiyə ya Avropanın yolu ilə irəliləyəcək, ya da bu yoldan uzaqlaşacaq. Biz Türkiyənin Avropa ilə bağlı olmasını, müsbət əlaqələrimizin mövcudluğunu istəyirik. Lakin durum dəyişib və siyasətimizi yenidən müəyyənləşdirməliyik”. (Axar.az)