Akif Çovdarov məhkəməyə xərəkdə gəririldi –Prosesi uzanıqlı izləyib

0
3
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Strateq.az “Report”-a istinadən xəbər verir ki, fasilədən sonra keçirilən prosesdə A.Çovdarov məhkəməyə xərəkdə və həkim nəzarətində gətirilib.

Məhkəmə iclası davam etdirilən zaman A.Çovdarov xərəkdə uzanılıqlı vəziyyətdə iclası izləyir.

Hazırda proses davam etdirilir.