Diş sağlamlığı və ürək arasında güclü bir əlaqə var

0
3

Diş sağlamlığı və ürəyiniz arasında, güman etdiyinizdən daha güclü bir əlaqə var.

Gizli bir diş infeksiyası olan insanlarda ürək narahatlığı əmələ gəlmə riski infeksiya olmayanlara nisbətən daha çoxdur. Bu səbəbdən də, mütəxəssislər, ağız sağlamlığının qorunması və müntəzəm olaraq diş həkiminin müayinəsindən keçməyin zəruri olduğunu qeyd etdilər.

Ürək narahatlığı ciddi və təhlükəli bir xəstəlikdir. Koronar arteriya xəstəliyi ən çox müşahidə edilən ürək narahatlığıdır və bu xəstəlik dişlərdə yaranan daşlara görə ortaya çıxan bir xəstəlikdir. Bu narahatlığın ən çox əmələ gəlmə səbəbləri köklük, hərəkətsiz həyat tərzi, siqaret, yüksək təzyiq və şəkərdir. Yeni araşdırmaya görə, diş sağlamlığı da bu siyahıya əlavə olunmalıdır.

Helsinki Universitetinin apardığı başqa bir araşdırmaya görə isə, dişlərin kökündə yaranan iltihabın (apikal periodontitis) kəskin ürək sindromu riskini artırır.