Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun atası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Bu barədə “Alanyaadress.com” saytı məlumat yayıb.
Namaz qılmağa gedən Osman Çavuşoğlu məscidin həyətində 2 şəxsin spirtli içki qəbul etdiyini görüb.
Yaşlı kişi onlara “Nə üçün məscidin həyətində içirsiniz?” sualını verdiyi an sərxoş şəxslər onu döyməyə başlayıb.
Baş və çiyin hissəsindən yüngül xəsarət alan nazirin atası xəstəxanaya aparılıb.
Hadisəni törədən şəxslərin tutulması istiqamətində araşdırmalara başlanılıb.
Axar.az