Reyters agentliyi: “ABŞ-ın növbəti prezidenti Hillari Klinton olacaq”

0
5

Hillari Klintonun Pensilvaniyada keçirilən seçkiqabağı mitiniqində rekord sayda 40 min nəfər insan iştirak edib.


Aznews.az Euronews kanalına istinadən xəbər verir ki, mitinqdə Amerikanın prezidenti Barak Obama da çıxış edib:

“Bizim artıq təcrübəli, bütün dünya liderlərinin hörmət etdiyi, başlanmış işi bitirməyi bacaran, ağıllı, indiyə kimi Amerika prezidentliyinə ən yaxşı hazırlanmış namizədi, ABŞ-ın 45-ci Prezidentini seçmək şansımız var. Bu Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti Hillari Klintondur.”

Demokratlar partiyasından namizəd Hillari Klinton da seçkiqabağı sonuncu çıxışında bəyan edib ki, hər bir Amerika vətəndaşı ən yaxşı şərtlər daxilində yaşamağa layiqdir:

“Bizim seçimimiz- bütün ümidlərlə Amerikaya inanmaqdır. O Amerikaya ki, burda hər bir insanı qəbul edirlər, hər kəsin öz yeri var.”

Pensilvaniya ştatındakı mitinqdə Kltintonu dəstəkləməyə Brüs Sprinqstin və Con Bon Covi kimi məşhurlar da gəliblər.

Aparılan son sorğular onu göstərib ki, demokrat namizədin Amerika prezidenti seçilmək şansı çox böyükdür. Sorğu nəticələrinə görə, Tramp 3-5% səslə Klintondan geri qalır. Reyters agentliyi və İpsos sorğu mərkəzi Hillari Klintonun seçkilərdəki qalibiyyət şansının 90% olduğunu elan ediblər.