“Mülayim hava 2-3 gün davam edəcək” –AMEA

0
5
Azərbaycana cənub-şərq istiqamətli hava kütlələrinin daxil olması nəticəsində havalar mülayim keçir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov açıqlamasında bildirib ki, son 3-4 gündə bu hava kütlələri dayanıqlıdır və əsl payız dövrünün hava şəraiti müşahidə olunur.

Onun sözlərinə görə, havalar noyabr ayı üçün xarakterikdir və Bakıda temperaturun gündüz 12-14, gecə 9-10 dərəcə olması normaldır: “Mülayim hava şəraiti yaxın 2-3 gün ərzində davam edə bilər. Lakin bundan sonra ölkəmizə hansı hava kütlələrin daxil olacağını demək çətindir. Çünki noyabr proqnozlaşdırılması çətin olan aydır və əsl keçid fəslinin dövrüdür. Bu zaman müxtəlif istiqamətli hava kütlələri bir-birini əvəz edə bilər. Ona görə də bu ayda hava şəraitində tez-tez dəyişiklik olur”.