Bəşər Əsəd:”Rusiya məni oyuncaq lider etmək istəmir”

0
5
“Rusiya məni oyuncaq liderə çevirmək istəmir”.

Strateq.az xəbər verir ki, bunu “The Sunday Times” qəzetinə verdiyi müsahibədə Suriya prezidenti Bəşər Əsəd deyib.

“Əlbəttə, Suriyada qərarları biz veririk. Rus ordusu 60 ildir Suriyadadır. Rəsmi Moskvanın siyasəti iki şeyə söykənir: əxlaq və beynəlxalq hüquq. Öz dünyagörüşləri olsa da, bura sizin ölkənizdir, siz daha yaxşısını bilirsiniz deyirlər. Əsla daxili işlərimizə qarışmırlar, bizdən heç nə istəmirlər”, – deyə B.Əsəd əlavə edib.