Yer kürəsində baş verən hadisələr saniyədə 300 min km sürətlə kainata yayılır və sonsuzluğun yaddaşına yazılır. Bu sürəti bir neçə min dəfə qabaqlamaqla keçmişi görmək mümkündür.
Axar.az bildirir ki, NASA elm aləmində “zaman maşını” adlandırılan və insanı 13,6 milyard il əvvələ apara biləcək Ceyms Veb Kosmik Teleskopunun test çalışmalarına başlayıb. 8.8 milyard dollara başa gələcək bu teleskop üstün texnoloji xüsusiyyətləri sayəsində 13,8 milyard il əvvəl kainatın yaranmasına səbəb olan Böyük Partlayışdan 200 milyon il sonranı izləyə biləcək.
Habblın izləyə bilmədiyi bölgələri də incələyəcəyi planlaşdırılan Ceyms Veb Teleskopu 2018-ci ildən etibarən Habblın yerini tutacaq. Habbl ilə müqayisədə kosmosu incəlikləri ilə izləyəcək olan Ceyms Vebin Yerdən kənarda həyatın mövcud olub-olmaması ilə bağlı önəmli kəşflər edə biləcəyi bildirilib. 6,5 metr hündürlüyü olan Ceyms Veb Yerdən təxminən 1,6 milyon uzaqlıdakı orbitə yerləşdiriləcək. Bu məsafə Yerlə Ay arasındakı məsafədən təqribən 4 dəfə çoxdur.
Qeyd edək ki, Habbl NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 1990-cı ildə “Diskaveri” şattlı ilə buraxılıb.