Noyabrın 4-də İndoneziyalı müsəlmanlar Cakartanın xristian qubernatorunun Qurana təhqir etməsi səbəbindən etiraz aksiyası keçirib.
Strateq.az xəbər verir ki, paytaxt Cakartadakı İstiqlal məscidində Cümə namazı qıldıqdan sonra Prezident Sarayına üz tutan aksiyaçılar dövlət başçısı Joko Vidododan Cakarta qubernatoru Basuki Tcahaca Purnamanın istefaya göndərilməsini tələb edib.
İndoneziya prezidenti bəyanat yayaraq etirazçıları qanun çərçivəsində davranmağı tövsiyə edib.
Nümayişdə xoşagəlməz hadisələrin qarşısını almaq üçün 18 min polis asayişi qoruyub.