Xalqların Demokratik Partiyasından (HDP) olan deputat İmam Taşçinar saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, İ.Taşçinar mehmanxanada olarkən saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə HDP-dən olan 11 deputat saxlanılmışdı. Onlar terrora dəstəkdə ittiham olunurlar.