Ölkədə kəskin qrip virusu yayılıb: qripdən necə qorunmalı? – VİDEO

0
5

İnsanların anomal hava şəraitinə  adaptasiya ola bilməməsi, qida rasionuna, geyim tərzinə diqqət etməməsi sonda soyuqdəymə ilə nəticələnir. Nəticədə infeksiyon xəstəliklərə qarşı orqanizmin müqaviməti  zəifləyir. Hərə bir cür özünü xəstəliklərin viruslarından qorumağa çalışır.

Mütəxəssislərə görə, soyuqdəymədən qorunmaq üçün ilk növbədə immuniteti gücləndirmək və bədənin soyuqdəyməyə, müxtəlif viruslara qarşı müqavimətini möhkəmləndirmək lazımdır. Qrip olduqdan sonra isə buna daha çox riayət etmək tələb olunur.
Xəstə insanların ictimai yerlərdə olması, onların sağlam insanları da yoluxdurma ehtimalını yüksəldib. Bu xəstəlikdən qorunmaq istəyənlər, şəxsi gigiyenalarına fikir verməli, ictimai yerlərdə diqqətli olmalıdırlar. Əlin mütamadi olaraq yuyulması tövsiyyə olunur. Reseptsiz qəbul edilən dərmanlar isə qripi daha ağır xəstəliklərə çevirə bilər.
Afaq Əliyeva ölkədə kəskin respirator virus infeksiyalarının qeydə alınmadığını deyir. Lakin proflaktik tədbir olaraq məktəblərdə və ictimai yerlərdə dezinfeksiya tədbirlərinin həyata keçirildiyini bildirir.