ƏLİ KƏRİMLİ İLƏ XƏDİCƏ İSMAYILIN GƏNCLİKDƏKİ RESTORANDA ETDİYİ MÜBAHİSƏNİN TƏFƏRRÜATI

0
5

Azinforum.az xəbər verir ki, son günlər tanınmış jurnalist Xədicə İsmayılla Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli arasında ciddi fikir ayrılığının yarandığı barədə mediada çeşidli məlumatlar tirajlanmaqdadır. Əvvəlin sabiq dostları arasında bu qarşıdurmanın yaranmasına səbəb kimi siyasi məhbus siyahısının müəyyən edilməsinə fərqli münasibətin olması göstərilir. İş burasındadır ki, Xədicə İsmayıl və onun ətrafında olanlar Əli Kərimliyə yaxınlığı ilə seçilən Oqtay Gülalıyevin rəhbərliyi altında hazırlanan siyahı ilə razılaşmır. Onların qənaətinə görə, həmin siyahıya siyasi məhbus kriteriyalarına uyğun gəlməyən çoxlu sayda adamın adı salınıb.

Etibarlı mənbələrdən birinin Azinforum.az-a verdiyi dəqiq məlumat Əli Kərimli ilə Xədicə İsmayıl arasındakı münasibətin doğrudan da, gərgin olduğuna heç bir şübhə yeri qoymur.

Hətta vəziyyət o həddə çatıb ki, bu iki şəxs aralarındakı münasibəti aydılaşdırmaq üçün Gənclik metrosuna yaxın ərazidəki parkda olan restoranlardan birində görüşüblər. “Xəzər” televiziyasının keçmiş binasına yaxın ərazidə yerləşən və sabiq məmurlardan birinə məxsus olan həmin restoranın dəqiq adı da bizə məlumdur.

Mənbəmiz bildirir ki, sözügedən görüş oktyabr ayının 27-si baş tutub. Restorondakı kabinələrdən birinə keçən sabiq dostların hündür səslə mübahisə etdiyi bildirilir. Əsasən də, Əli Kərimlinin səsini yüksəltdiyi, Xədicə İsmayıla iradlar bildirdiyi söylənilir. Restoranın işçi personalı bu vəziyyətdən ehtiyatlandıqları üçün öz “krışala”rına zəng edərək məsləhət istəyib. Onlara deyilib ki, müştərilərin söhbətinə müdaxilə edilməsin. Bir müddət sonra, tərəflər arsındakı söhbət normal məcrada davam edib, hətta masaya qımızı şərab və yemək sifariş edilib.

M.MİRZƏYEV

Azinforum.az