Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəsi olan 400 aptek müəyyən edilib.
Türkiyə mətbuatı xəbər verir ki, terror təşkilatı ilə əlaqəsi ola biləcək apteklərin sayının artacağı istisna edilmir.
1500-ə yaxın aptekdə araşdırmalar davam edir. Eyni zamanda FETÖ ilə əlaqəsi olan apteklərlə işləyən dərman depoları da istintaqa cəlb olunacaq.