Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Gülənin başqa ölkəyə qaçmağı planlaşdırdığını və bununla bağlı əllərində güclü bilgilərin olduğunu bildirib:
«Kanada, Belçika, Norveç, Brazilya kimi ölkələrdə yer axtarışındadır. Bəzi ölkələrin hökumətləri ilə də danışıqlar aparılır. ABŞ hökuməti və xalqı Türkiyənin bu məsələdəki həssaslığını anlamaq üçün özünü bizim yerimizə qoymalıdır. Əgər Obama və ya ailəsinə sui-qəsd cəhdi olsaydı, xalqın üzərinə tanklar yeridilsəydi və nəticədə 241 ABŞ vətəndaşı öldürülsəydi, bu işi görən terror təşkilatının lideri də Türkiyədə olsaydı, Ankara Vaşinqtonun təhvil istəyinə cavab verməsəydi, ABŞ hökuməti və xalqı nə hiss edərdi? Mübahisəyə ehtiyac yaratmayan sübutlarımız var. Bizə görə, sağlam bir dosyedir. Gülənin azadlıqda sərbəst dolaşmasına imkan verə bilmərik».
ABŞ-ın Güləni təhvil verməməsinin Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir edəcəyini deyən Bozdağ FETÖ liderini Bin Ladenlə müqayisə edib:
«ABŞ üçün Üsamə Bin Laden nə ifadə edirsə, Türkiyə üçün də Gülən eyni şeyi ifadə edir. Təhvil verməsələr, münasibətlərə çox böyük zərər dəyəcək. Mən ABŞ-ın Türkiyəni bir terrorçuya dəyişməyəcəyi ilə bağlı ümidimi hələ də itirməmişəm».