Strateq.az xarici mətbuata istinadən xəbər ki, bu barədə «Washington Free Beacon» nəşri məlumat yayıb.
Məqalədə deyilir ki, çinli casusların hədəfləri arasında Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) da olub. Casuslar əsasən ABŞ-ın Pekinlə mübahisəsinə dair gizli planlarına maraq göstəriblər.
Pentaqondan bildiriblər ki, əsas insidentlərdən biri 2014-cü ildə baş verib. USPACOM-da müqavilə əsasında işləyən podpolkovnik Benjamin Pirs Bişop məxfi materialları Çin vətəndaşına ötürdüyün etiraf edib.
Bu materiallarda ABŞ-ın hərbi planları, nüvə silahı və pilotsuz MQ-9 Reaper-lə bağlı bilgilər və ABŞ-ın Çinə qarşı strategiyasının əks olunduğu gizli hesabat olub.
Oğurlanmış sənədlər arasında 5.6 milyon əl iziylə bağlı məlumatlar da olub.