Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Hadisə dünən axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.
Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Report.az