Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti bu il Türkiyəyə 24,5 milyard kubmetr təbii qaz ixrac etməyi nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un idarə heyəti sədrinin müavini Aleksandr Medvedev məlumat verib. O deyib: “Türkiyə bizim üçün Almaniyadan sonra ikinci böyük xarici bazardır. Bu ölkəyə 2015-ci ildə 27 milyard kubmetr təbii qaz ixrac etmişik. Bu il Türkiyəyə 24,5 milyard kubmetr təbii qaz ixrac etməyi nəzərdə tuturuq. 2017-ci il üçün bu ölkəyə təbii qaz ixracı ilə bağlı proqnozlarımız isə 25,1 kubmetrdir”.
“Qazprom”un bu proqnozu cari ildə Türkiyəyə təbii qaz ixracının ötən ilə nisbətən 9,2 faiz azalması deməkdir.