25 oktyabr 1992- ci il-Naxçıvanın sınaq günü…

0
5

Ramiz Tağıyev: “Yaxşı olar ki, bu barədə deputat Fərəc Quliyevə müraciət edəsiniz!”

24 il öncə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevə qarşı AXC Naxçıvan Vilayət şöbəsinin bir qrup silahlı tərəfdarı tərəfindən çevriliş cəhdi edilmişdi. Qiyamçılar telestudiya və Daxili İşlər Nazirliyini ələ keçirsələr də, H.Əliyevin müdafiəsinə qalxmış Naxçıvan əhalisi onları ələ keçirdikləri məkanlardan qovub çıxara bilmişdi.

Həmin illərdə Naxçıvan Ali Məclisinin deputatı olmuş, həm də Culfa rayonuna rəhbərlik etmiş, Milli Azadlıq Hərəkatının öndərlərindən Ramiz Tağıyevə 25 oktyabr hadisələri barədə suallar ünvanlasaq da, cavabı qısa və konkret oldu: “Mən və tərəfdarlarım silahı yalnız ermənilərə qarşı işlətmişik. 25 okyabr hadisələrini elə o zaman pisləyib, bir çox KİV-də münasibətimi bildirmişəm. Hadisənin şahidi olmadığımdan ətraflı nə isə söyləyə bilmərəm.Yaxşı olar ki, bu barədə deputat Fərəc Quliyevə müraciət edəsiniz!”

Nicat