Xorvatiya prezidenti:”Dağlıq Qarabağ münaqişəsi sülh və siyasi yolla həll olunmadır”

0
3
“Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik”.

Bunu Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında bildirib.

“Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik”, – deyə Xorvatiya prezidenti qeyd edib.

Kolinda Qrabar-Kitaroviç vurğulayıb ki, iki ölkənin ortaq marağında olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var: “Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Həmçinin Avropa İttifaqi ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq”.