Şəmkirdə dəm qazından zəhərlənmə olub.
APA-nın veridyi məlumata görə hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Gülnarə Bayramova və onun gəlini – 1998-ci il təvəllüdlü Rəvanə Novruzəliyeva yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
G. Bayramova vanna otağında dünyasını dəyişib. Gəlin R. Novruzəliyeva isə dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.