Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub. Bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.
Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)