Prezident təqdimat verdi, parlament müzakirəyə çıxardı –Maşınlarla bağlı yeni qanun

0
5
Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. 

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət rüsumu haqqında” qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”lərinin (“Avropa Nəqliyyat Nazirlər Konfransı”nın jurnallarının) satışına görə: 

– Atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-4” ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;

– Atmosfer havasına atılan zərərli maddələr üzrə “Avro-5” və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;

– Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “İcazə”lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

“Avropa Nəqliyyat Nazirlər Konfransının” jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq.

APA