İŞİD yüzlərlə ezidi qadını Mosuldan qaçırtdı

0
4

İnsan Haqları İzləmə Təşkilatı İŞİD-in Mosulda kölə kimi saxladığı yüzlərlə ezidi qadını yük maşınları ilə Suriyanın Rakka şəhərinə qaçırtdığını açıqlayıb.
İŞİD-in əsir götürdüyü ezidi qadın və uşaqları yük maşınları ilə Mosuldan qaçırdığı bildirilib. İnsan Haqları İzləmə Təşkilatının bölgədəki etibarlı qaynaqlardan aldığı xəbərə görə Mosul əməliyyatı zamanı, hakimiyyəti təhülkəyə girən İŞİD 2014- cü ildən bəri əsir və seksi köləsi olaraq əlində saxladığı yüzlərlə qadını Suriyanın Rakka şəhərinə qaçırdıb.

Qeyd edək ki, İŞİD 2014- cü ildən başladığı etnik təmizləmə nəticəsində minlərlə Xristiyan ezidi qadınları qətl etmiş, uşaqları isə kölə kimi saxlamışdı.