İran və Azərbaycan Rusiya üçün çipsi hazırlayacaq

0
3

İran və Azərbaycan birgə istehsal qurmaq və üçüncü ölkələrə məhsul ixrac etmək niyyətindədir. Bu bəyanatı bu gün Bakıda Azərbaycanda səfərdə olan İranın Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş verib.

Nümunə kimi o, Ərdəbilin Bakıya kartof ixrac edə biləcəyini, burada birgə müəssisədə ondan çipsi hazırlanaraq Rusiyaya ixrac edilə biləcəyini qeyd edib.

Bundan başqa, Ərdəbil müəssisələrinin Azərbaycana müxtəlif mal və materiallar, o cümlədən taxta məmulatlar ixrac edə biləcəyini deyən Xudabəxş məhz hansı materiallardan söhbət getdiyini açıqlamayıb.

Daha sonra o, siyasət məsələlərinə keçib, İranın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib.

Bundan əvvəl Xudabəxşi dövlət başçısı İlham Əliyev qəbul edib və İran nümayəndə heyəti Sumqayıta baş çəkib.