ELDAR MAHMUDOV BİZNESİNİ BƏRPA EDİR – MAĞAZALARI SÜRƏTLƏ AÇILIR (FOTO)

0
3

Bir müddət əvvəl Azinforum.az ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun biznesinin çiçəklənməsi barədə  məlumat vermişdi.  Həmin məlumatda Bakının bahalı məhələlərindən birində yerləşən və Eldar Mahmudova birbaşa məxsus olan superfmarketin artıq fəaliyyətə başladığını qeyd edilirdi. Atatürk prospekti 47 saylı binanın birinci mərtəbəsində olan bu “obyektin” uzun müddətdir ki, Eldar Mahmudova məxsus olduğu bildirilir. 
Supermarketin üstündəki 9 mərtəbəli binanın sakinləri də “obyektin” Eldar Mahmudova məxsus olduğunu təsdiqləyiblər. Bina sakinləri bildiriblər ki, sovetlər dönəmində həmin yer böyük qastranom kimi fəaliyyət göstərib: “Sonra özəlləşdirmə gedəndə mağazanın kollektivinin həmin ticarət “obyektini” özüküləşdirməyə gücləri çatmadı. Həmin vaxt mağazada söz sahibi olan Eldar Mahmudovun Vaqif adlı həmkəndlisi bu vəziyyəti sabiq MTN şefinə danışır və nəticədə 1990-cı illərin əvvəllərindən qastronom OBXSS işləyən Mahmudovun biznes səltənətinə əlavə olundu.
 Özəlləşdiriləndən sonra mağazanı uzun müddət Vaqif işlətdi. Sonra mağaza hazırda Eldar Mahmudovun bəzi qara işlərini gördüyünə görə həbsə atılan “Ağdamlı Dəmir”ə verildi. Dəmir bu mağazada bahalı avtomobillərin satışını həyata keçirirdi”.
 
Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, mağazada təmir aparılırdı. Hətta binanın həyət tərəfindən yerləşdirilən mağazaya aid iri həcmli soyuducular sakinlərin avtomobil saxlamasına da ciddi maneçilik törədib. Təbiidir ki, Eldar Mahmudovun keçmiş qüdrəti sakinlərin şikayətinin araşdırılmasına imkan verməyib. Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra, “obyektəki” təmir işləri daha da sürətlənib. Yeni açılan marketlə tanış olan müxbirimiz  bildirir ki, təmir işləri xüsusi zövqlə aparılıb. Mağaza personalının verdiyi məlumata görə, yeni marketdə, ancaq Avropadan gətirilən nadir mallar satılır.
 
Qiymətlərin isə həddən artıq bahalı olduğu diqqəti cəlb edir. Qeyd edək ki, yeni mağazanın adı “Cristal covmet”dir. Hələ ki, marketin adını daşıyan yazı gözə dəyməsə də, personalın geyimlərində Cristal sözünün yazılması Eldar Mahmudovun biznes imperiyasının çiçəkləndiyindən  xəbər verir.
Yeni fəaliyyətə başlayan BakıPost.az saytı da Eldar Mahmudovun  “dondurlulan” işlərini qaydaya salındığını bildirir.
 
Bu obyektlər arasında Bakıda məşhur olan şərab mağazaları da var. 
Məlum olduğu kimi, E.Mahmudov vəzifəsindən qovulduqdan sonra İnşaatçılar və Nəriman Nərimanov prospektlərindəki iri şərab evləri bağlanmışdı və bu barədə mətbuatda da məlumat yayılmışdı. Bir neçə gün əvvəl isə həmin şərab evləri fəaliyyətə başlayıb. 
Məlumata görə, bu şərab evləriylə yanaşı Mahmudovun digər obyektlərində də işlərə start verilib.   
Qeyd edək ki, Eldar Mahmudov 2015-ci il oktyabrın 17-də vəzifəsindən azad edilib. Bundan sonra  Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxslərin dəhşətli cinayətlərinin üstü açılıb. Başlanan prosesdə Eldar Mahmudovun həbsi gözlənilsə də, hələlik bu, baş verməyib. Əksinə, görünür, o, həbs təhlükəsini tamamilə adladığına əmin olduğuna görə şəxsi biznesini qaydaya salmağa başlayıb.  
Rövşən ƏLİ
Azinforum.az
sup2
sup