Diktatorların dəhşətli psixoloji pozğunluqları

0
3

Moderator.az dünyanın müxtəlif ölkələrinin diktatorlarının qəribə psixoloji pozuntuları haqqındakı yazını təqdim edir:

Haiti diktatoru Jean-Claude Duvalier qara itlərdən dəhşətli dərəcədə qorxunun psixoz vəziyyətini yaşayırdı. O, hətta ölkəsində bütün qara itlərin öldürülməsi ilə bağlı əmr də vermişdi. Diktatorun növbəti psixoloji sərsəmləməsi ABŞ-ın qətlə yetirilən prezidenti Kennedi ilə bağlıdır. Kennidinin necə qətlə yetirilməsi, harada öldürülməsi hamıya məlumdur. Amma Duvelier bu ölümə özünü gübahkar bilirdi. Kennedi dəfn olunan zaman məmurlarından birini dəfn mərasiminə göndərərək oradakı havanı bir qutuya yığmağı tapşırdı. Təbii ki, psixoloji pozuntu yaşayırdı və o, bununla guya Kennedinin ruhu ilə təmasda olduğunu düşünürdü.
Şimali Koreyanın sabiq diktatoru Kim Yonq İl də psixoloji sarsıntıdan əziyyət çəkirdi. Bir dəfə atdan yıxıldığı üçün ayağını bərk əzdi və həkimlərin ona verdiyi yüksək dozalı ağrıkəsicini qəbul etməkdən qorxdu. Lakin sonradan ağrıya təslim olan diktator dərmanı qəbul edərkən eyni dozada olan ağrıkəsicidən bütün məmurların istifadə etməsini əmr etdi. O, bununla ağrıkəsicidən asılı olan tək insan olmadığını özü-özlüyündə sübut etmək istəyirdi.
Dominikan Respublikasının sabiq diktatoru Rafael Trujillo da qəribə psixoloji pozuntularla üz-üzə qalırdı. Ailəsinə dəhşətli dərəcədə bağlı olan diktator oğlu 3 yaşında olarkən ona polkovnik rütbəsi verdi. Amma həyat yoldaşını hamıdan çox sevirdi. Dövləti bütünlüklə və istədiyi kimi idarə edən diktator hələ də xanımının sevgisini fəth etmədiyini düşünürdü. Elə zənn edirdi ki, əgər ədəbiyyat üzrə Nobel mükafatını qazansa, həyat yoldaşı onu çox sevəcək. Nobeli qazanmaq üçün xüsusi komissiya da yaratdı.
Ekvatorial Qvineya diktatoru Nguema şiddətli psixoloji pozuntu yaşayan şəxslərdən idi. Ölkəsində əvvəlcə “intellektual” sözünü işlətməyi qadağan etdi. Ondan sonra isə bütün məktəbləri bağlatdırdı. Ölkəsində bir nəfər də olsun, intellektual adamın olmasını yasaqlamışdı.