UNO araşdırmaçısı müəmmalı şəkildə öldü

0
3

UNO-lar haqda araşdırmaları ilə məşhur olan Maks Spayrsın iyul ayında tədqiqatları barədə danışmaq üçün Paloniyaya getdiyi zaman öldüyü məlum olub.

Axar.az xəbər verir ki, 39 yaşlı iki uşaq atası Spayrsın xəstəlikdən öldüyü bildirilsə də, onun anası Vanessa Beyts oğlunun sağlam olduğunu deyərək, qətlə yetirildiyini iddia edib. Spayrs ölümündən az əvvəl anasına “Mənə nəsə olarsa, araşdırın” yazılmış bir mesaj göndərib. Bundan qısa müddət sonra onun cəsədinin tapılması Spayrsın qətlə yetirilməsi iddiasını qüvvətləndirib.

Anası oğlunun Paloniyada az öncə tanış olduğu bir qızla yaşadığını bildirib. Dostları isə onun qaldığı evdə “qara maye qaytararaq” həyatını itirdiyini qeyd edib.