“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromis mümkündür. Regiona müxtar respublika statusu verilə bilər”.
Strateq.az bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Rusiya bu gün”ün baş direktoru Dimitri Kiselyova verdiyi müsahibədə bildirib: “Ağlasığan kompromis mümkündür. Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyi, özünüidarətməsinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələri həyata keçirilə bilər. İki xalq arasında sülh bir şərtlə mümkündür: Dağlıq Qarabağ ətrafındakı ərazilər azad edilsin. Münaqişənin həllini biz belə görürük”.
Bununla yanaşı Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt ola bilməz: “Əgər razılıq əldə edə bilsək Dağlıq Qarabağın yerli özünüidarəsi muxtar respublika formasında ola bilər. Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq”.