Türkiyə Milli Kəşfiyyat Təşkilatı İŞİD terror təşkilatı tərəfindən ölkənin bütün vilayətlərində terror aktlarının mümkün təşkili barədə xəbərdarlıq edib.
Trend-in verdiyi məlumata görə, terrorçuların hədəfi turistlər, siyasi liderlər, xarici diplomatların daha çox olduğu yerlər, eləcə də hotellər ola bilər.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Xalq Demokrat Partiyası liderlərinin də hədəfdə olduğu barədə xəbərdarlıq edib. Bu səbəbdən partiya fəalları, millət vəkilləri ətrafında mühafizə gücləndirilib.