NATO:“İki sutkaya Rusiya sərhədində olacağıq”

0
1
NATO bölmələri Latviyaya təhdid yaranacağı təqdirdə iki sutka ərzində bu ölkədə olacaq.

Bunu jurnalistlərə açıqlamasında NATO-nun rəsmi nümayəndəsi polkovnik-leytenant Saymon Bedmen söyləyib.

Qeyd edək ki, NATO-nun Varşava sammitindən sonra Alyans Baltikyanı ölkələr və Polşada öz qoşun his
sələrinin yerləşdirilməsi haqda qərar qəbul edib. Bu qoşun hissələri Rusiya aqressiyasının qarşısının alınması üçün adı çəkilən regionlara yerləşdirilib.

Dünən Latviyaya 500 britaniyalı əsgər gəlib. Onlar oktyabrın 31-də baş tutacaq “Gümüş ox” hərbi təlimində iştirak edəcək.  (Axar.az)