Danimarkada iki aeroport boşaldıldı

0
1

Danimarkada Roshille və Orhus hava limanları boşaldılıb.

AzNews.az xəbər verir ki, hər iki aeroportda insanlar bomba təhlükəsinə görə təxliyyə olunub.

Hadisə yerinə bomba ekspertləri cəlb olunub. Lakin araşdırmalar nəticəsində bompa tapılmayıb.

Danimarka polisi bomba xəbərdarlıqlarının eyni bir insan tərəfindən elektron poçtla edildiyini bildirib.

Qeyd edək ki, bu gün Danimarkada iki ticarət mərkəzi də bomba xəbərdarlığına görə boşaldılıb.