Avstriya xarici işlər naziri Kurts: “Türkiyə AB-yə heç vaxt qəbul edilməyəcək”

0
5

Dmitri Bobrov

ИноСМИ (Rusiya), 17.10.2016

 

Avstriya xarici işlər naziri Sebastyan Kurts Almaniyanın “Die Welt” nəşrinin səhifələrində bu bəyanatla çıxış edib. Onun sözlərinə görə, AB dövlətləri başçılarının əksəriyyəti eynən bu cür düşünür, lakin bunu açıq şəkildə deməyə üstünlük vermir. Onların düşündüyü ilə dediyi arasında son dərəcə böyük fərq var. Rəsmən təsdiq olunur ki, Türkiyənin AB-yə qəbul edilməsi üzrə danışıqlar prosesi davam etməlidir, amma hamı əmindir ki, bu, baş verməyəcək.

Kurts Avropa liderlərindən Avropa Birliyi liderlərindən şərəfli mövqe tutmaq və böyük əksəriyyəti Türkiyənin qəbul edilməsinə qarşı olan AB vətəndaşlarını aldatmamağa çağırıb. Bunun əvəzinə Ankaraya heç cür tam üzvlük deyil, hansısa çevik əməkdaşlıq forması təklif etmək lazımdır. Kurts Ukraynanı nəzərdə tutaraq bildirib ki, bu, təkcə Türkiyəyə deyil, həm də AB-dən şərqə sarı ölkələrə də aiddir. Bu cür ölkələr Rusiya ilə qarşılıqlı fəaliyyəti kəsmədən AB ilə sıx əməkdaşlıq etməlidir.

Avstiya xarici işlər naziri vurğulayıb ki, indiki anda yalnız iki variant var – tam üzvlük və assosiasiya haqda saziş. Lakin artıq indidən aydındır ki, Türkiyə və Ukraynaya münasibətdə daha çevik əməkdaşlıq modeli işləyib hazırlamaq gərəkdir. Xüsusən də Ukraynaya münasibətdə – AB ilə əməkdaşlığın dərinləşməsinin Rusiya ilə əlaqələri kəsməyə məcbur etməməyi üçün.

Kurtsun mövqeyi almandilli internet forumlarında geniş dəstək tapır. Oxucular qeyd edirlər ki, o, Türkiyə və Ukraynanın AB-yə qəbul edilməsi məsələsində ikiüzlü ibarəbazlığı bir kənara atan az-az Avropa siyasətçilərindəndir. Oxucuların fikrincə, ehtiyatlı ifadələrin arxasında gizlənən və siyasi sələfləri Helmut Şmidt və yaxudKonrad Adenauerin siyasi səviyyəsinə heç cür uyğun gəlməyən Almaniya kansleri Angela Merkel bu cür “ikiüzlülər”dəndir.

Avstriya AB-nin Şərqə genişlənməsi məsələsində “sərt xətt”in təşəbbüskarları sırasındadır. Kansler Kristian Kern hələ yayda bildirmişdi ki, “diktaturaya çevrildiyi” və “iqtisadi inkişafın qeyri-bərabərliyi” üzündən Türkiyə AB-yə qəbula hazır deyil.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan AB-dən “diplomatik ədaları” dayandırmağı və ölkəsinin AB-yə qəbul edilməsi məsələsinə görə təngə gətirməməyi kəskin formada tələb edib. Ərdoğan deyib ki, oktyabr ölkəsinin Avropa Birliyi ilə münasibətlərində mühüm ay olmalıdır, Türkiyənin səbri tükənir. Onu dediyinə görə, Avropa vədinə sadiq deyil.

Türkiyə AB ilə assosiativlik sazişini 1963-cü ildə imzalayıb və rəsmən 1999-cu ildə qəbula namizəd kimi tanınıb. 2005-ci ildə bu mövzuda konkret danışıqlar başlanıb. Avropa ictimaiyyəti Türkiyənin AB-yə üzvlüyünə qarşı kəskin şəkildə çıxış edir, xüsusən Fransada bu cür perspektivin əleyhdarları çoxdur.

Danışıqlar prosesinə ən ağır zərbəni dövlət çevrilişinə uğursuz cəhddən sonrakı kütləvi repressiyalarla bağlı son hadisələr vurub. Buna baxmayaraq, danışıqlar prosesi indiyədək formal olaraq dayandırılmayıb. İyulun 31-də Türkiyə onun vətəndaşlarına oktyabrın axırına qədər Avropaya vizasız rejim imkanı verilməsə, qaşqınların qaytarılması haqda AB ilə sazişi pozmaq hədəsi gəlib.

Oxşar durum Ukrayna ilə bağlı da gözə dəyir. Avropa Komissiyasının başçısı Jan Klod-Yunker hələ bu ilin yazında bildirib ki, Ukrayna AB və NATO-ya üzvlüyə yalnız 20-25 ildən sonra ümid edə bilər. Almaniya XİN də oxşar bəyanatla çıxış edib. Bu cür kəskin bəyanatlar qismən aprelin 6-da Hollandiyada keçirilmiş referendumun nəticəsi ilə izah olunur. Səs verənlərin 61%-i Ukraynanın AB ilə assosiasiyası haqda sazişə qarşı çıxış edib.

Ukrayna vətəndaşlarına vizasız rejim imkanı yaratmaqla bağlı durum da bundan yaxşı deyil. Kiyev rəhbərliyi ilin axırına qədər vizasız status əldə etməyə ümid edirdi, lakin bu məsələ Avropa parlamentinin oktyabrın 24-27-də Strasburqda keçirilməli olan sessiyasının gündəliyinə daxil edilməyib. Müşahidəçilər bunu onunla əlaqələndirirlər ki, zəruri halda vizasız rejimin dayandırılması mexanizmi indiyədək işlənməyib. Almaniya və Almaniya DİN başçısı Tomas de Mezyer bu bəndə şəxsən təkid edir.

 

Tərcümə Strateq.az-ındır.