Saçlarınızı tez uzadacaq maskalar

0
6

Xanımlar hər zaman saçlarının gec uzanmasından şikayətlənir. Bəzi evdə hazırlanan təbii maskalarla saçları tez uzada bilərsiniz.

Sizə asan hazırlaya biləcəyiniz maskalar təqdim edirik:

– Yumurtanın sarısını saçlarınıza sürtüb, sellofanla bağlayın. Bir neçə saatdan sonra yuyun. Saçlarınızı darayıb, dibini masaj etmək qan dövranını yaxşılaşdırıb, uzanmasına kömək edəcək.

– Qaynadılmış kartof suyunu, bal və yumurta sarısını qarışdırıb, hazırladığınız maskanı saç dibinizə sürtün. Bir az saxladıqdan sonra yuyun.

– Alma sirkəsi saç köklərini qidalandıracaq və uzanmasına kömək edəcək.

Axsam.az