Evin havasını mikroblardan təmizləyən 5 TƏBİİ ÜSUL

0
3

Soyuq fəsillərdə evin havasını mikrob və infeksiyalardan təmizləmək xüsusilə vacibdir. Bununla biz özünüzü bir çox soyuqdəymə və infeksion xəstəliklərdən qoruya bilərik.

İlk növbədə evin havasını tez-tez dəyişin, evin bütün səthlərini, qapıların dəstələrini və s. hər gün nəm əski ilə silin. Bu sadə vasitələr havada mikrobların və virusların azalmasına kömək edir.

Bəzi təbii vasitələr var ki, onlar evin havasında olan mikrob və infeksiyalara öldürücü təsir edir, evin havasını zərərsizləşdirir.

Bu vasitələr arasında:

1. Sarımsaq və soğan güclü antiseptik və mikrobəleyhinə təsirə malikdir. Sarımsaq və soğanın efir yağları havanı çox yaxşı təmizləyir. 2-3 diş sarımsaq və 1 kiçik soğanı xırda doğrayıb kiçik nimçələrdə evdə qoyun.

2. Üzərliyin tüstüsü evin havasını mikroblardan çox yaxşı təmizləyir. Hər gün üzərliyi yandırıb tüstüsünü evlərə verin.

3. Çay yağı, ağ şam ağacı yağı, evkalipt yağı güclü antiseptik vasitələrdir. Evə xüsusi aromalampa alın və hər gün bu yağlardan birini lampaya töküb yandırın.

Aromalampa yoxdusa pulverizatora 1 stəkan su və yarım çay qaşığı istənilən efir yağı tökün və bu pulverizatorun köməyi ilə evin havasını tez-tez nəmləndirin.

4. Ev bitkiləri də evin havasını çox yaxşı təmizləyir, nəmləndirir və oksigenlə zənginləşdirir. Ən faydalı bitkilər bunlardır: ətirşah, xlorofitum, əzvay (aloe), kalanxoe, limon, fikus.

5. Sitrus meyvələri (portağal, mandarin, qreypfrut) və xüsusilə onların qabıqları mikrobları öldürən fitonsidlərlə zəngindir. Sitrus meyvələrin qabıqlarını atmayın. Qabıqları xırda doğrayıb evin müxtəlif yerlərində nimçələrdə qoyun.