11 gün yuxusuz qalsanız… -Maraqlı faktlar

0
3

Alimlər insan bədəni ilə bağlı qəribə faktlar açıqlayıblar.

Alimlərin araşdırmasına görə insan bədənindəki elektrik enerjisi 25 Vatlıq bir lampanı bir neçə dəqiqə işlədə bilər.
İnsanların dillərinin də izi barmaq izi kimi təkrarolunmazdır.
Orta yaşlı insanlarda sümüklərin sayı uşaqlardan daha azdır. Araşdırmaya görə, insan doğulanda bədənində 270 sümük olur. Lakin inkişaf etdikcə sümüklər bir-biri ilə qaynayır və 206 sümük qalır.
İnsan bədəninin hər santimetrinə düşən tük sayı meymunlarla eynidir.
Mədənin selikli qişasının üst təbəqəsinin ömrü qısa olduğuna görə 3-4 gündən bir yenilənir. Əgər yenilənməsəydi, mədədəki qidanı həzm etmək üçün istifadə edilən turşular mədəyə də ziyan verərdi.
Alimlərin sözlərinə görə, qulaq kiri sağlamlıq üçün lazımlıdır. O qulağın özünü müdafiəsi üçün çox önəmlidir. O iç qulağı bakteriya, göbələk, böcəklərdən qoruyur.
Qadınlar anadangəlmə kişilərdən daha yaxşı dad anlayırlar. Həmçinin araşdırmalar zamanı sübut edilib ki, qadınlar qoxunu da kişilərdən daha yaxşı fərqləndirə bilir. Qadınlar 50 min fərqli qoxunu xatırlaya bilirlər.
Alimlərin fikrincə İQ yüksəldikcə insan daha çox yuxu görür. Bu doğru ola bilər. Amma yuxularınız yadınızda qalmırsa, narahat olmayın. İnsanların çoxu bu problemi yaşayır. Çünki yuxuların müddəti adətən 2-3 saniyə olur.
İnsan bədəninin hər santimetrində təxminən 32 milyon bakteriya yaşayır. Onların böyük əksəriyyəti zərərsizdir.
Sarışın insanların saçı daha çox olur. Bir insanda orta hesabla 100 min saç teli varsa, sarışınlarda bu 110 min, qəhvərəngi saçlılarda 100 min, qızılı saçlı insanlarda 86 minə qədərdir.
Bəzən insanlar yuxusuzluqdan öldüklərini deyirlər. Bu mübaliğə olmaya bilər. Çünki insan həftələrlə ac qalsa, ölməyə bilər. Ancaq 11 gün yuxusuz qalsa, növbəti gün əbədi yuxuya gedə bilər.(publika.az)