Türkiyənin Manisa vilayətinin Akhisar rayonu ərazisində iki dəqiqə fasilə ilə 4,1 və 4,2 bal gücündə iki zəlzələ baş verib.
Anadolu agentliyinin məlumatına görə, bu barədə xəbər Türkiyənin Fəlakətlərin və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) zəlzələ idarəsinin internet saytında yer alıb.
Zəlzələnin ocağı 6,92 və 5,25 kilometr dərinlikdə yerləşib.