Cahangir Hacıyevin və yaxınlarının evləri polis tərəfindən nəzarətə götürüldü

0
4

Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb. Bu barədə musavat.com-a C.Hacıyevin yaxınları məlumat verib.

Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.

Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.

C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyirlər.

İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.

Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib və 63 milyon manat məbləği Beynəlxalq Banka ödəməsi barədə hökm çıxarılıb.