Almaniya Rusiyanı müharibə ilə hədələdi:”Reaksiyamız sərt olacaq”

0
4
“Almaniya istənilən NATOölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. 

Rusiya mətbuatı xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.

Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.

“Mən, bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, – deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

APA