Ərdoğandan ABŞ-a hədələyici mesaj:”Bizim B və C planlarımız da var”

0
4
“Türkiyənin İraq və Suriya ilə bağlı B və C planı da var”.

 

Strateq.az xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan bu gün bəyan edib.

ABŞ-ın, xüsusi ilə prezidentliyə namizəd Hillari Klintonun “PKK/YPG-yə silah verəcəyik” sözlərinə sərt yanaşan Ərdoğan belə deyib:

“ABŞ-da biri durub deyir ki, PKK/YPG-yə silah verəcəyik, bunlarla Suriyada, İraqda əməliyyat keçirəcəyik. Ya sənin NATO-dakı müttəfiqin kimdir: biz, yoxsa terrorçular?!

Bilirsiniz, hazırda Suriya və İraqla bağlı koalisyon qüvvələr ABŞ-da toplanır. Mosul əməliyyatı ilə bağlı son qərar veriləcək. Biriləri Türkiyənin bu əməliyyatda iştirak etməsinə mane olmaq istəyir. Olsun. Ancaq buradan onlara səslənirəm, buna qarşı çıxarsınızsa, Türkiyə B planını, B planı da olmasa, C planını işə salarıq. Türkiyə sizin düşündüyünüz dövlət deyil”.