Bakıda qadın 5 yaşlı oğlunu boğaraq öldürdü

0
1

Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyidi aşkar olunub.

Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Report.az