Sayt rəhbəri və onun atasına cinayət işi açıldı – Azərbaycanda

0
3

Sonolay.org saytının rəhbəri Ramin Qurbanov və onun atası Məhəmməd Qurbanovun barəsində cinayət işi başlanılıb.

Hər iki şəxs dələduzluqda təqsirli bilinirlər.

İttiham aktına əsasən, R.Qurbanov və M.Qurbanov vətəndaşı işə düzəltmək adı ilə onun 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra həmin vətəndaş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İdarənin əməkdaşları tərəfindən saxlanılan R.Qurbanov və M.Qurbanovun barəsində cinayət işi açılıb. Həmin şəxslər barəsində isə Binəqədi Rayon Məhkəməsi polisin nəzarəti altına verilməsi ilə bağlı qərar çıxarıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.

Report.az