NATO baş katibi Yens Stoltenberq, Avropa Birliyi Şurasının sədri Donald Tusk Rusiyaya münasibətdə sərt siyasətin davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Tusk hesab edir ki, Avropa Birliyinin sanksiyalarından sonra Moskvanın addımlarında, həmçinin Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişə ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmayıb.
Bu səbəbdən də rəsmi Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər – sanksiyalar davam etdiriləcək: «Bunun əksini etmək kapitulyasiya olardı».
Bununla belə, Tusk Rusiyanın coğrafi mövqeyini nəzərə alaraq, həmçinin uzunmüddətli perspektivdə ölkədə demokratiyanın inkişafına xidmət üçün rəsmi Moskva ilə dialoqu davam etdirməyin vacibliyini qeyd edib: «Moskvaya başa salmalıyıq ki, Qərb dialoq üçün qapıları açıq saxlayır. Rusiya nə vaxt istəsə, dialoqu başlada bilərik»(azadlıq.info).