Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, havanın temperaturunun yarımadada gecə 14-17° isti, gündüz 18-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 85-95 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.