Rusiya Suriya ilə bağlı daha bir qərarın qəbuluna imkan vermədi –BMT-də veto

0
5

Rusiya Suriya ilə bağlı daha bir qərarın qəbuluna imkan verməyib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün BMT Təhlükəsizlik Şurasında müxaliflərin nəzarətində, Suriya ordusunun isə mühasirəsində olan Hələb şəhərinin üzərindən bütün uçuşların dayandırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Lakin Rusiya bu qərarın qəbuluna veto qoyub.

Qeyd edək ki, Suriya müxalifləri dəfələrlə Rusiyanın Hələbi bombaladığını açıqlayıb. ABŞ isə Rusiyanı bu şəhərdə xəstəxana və digər məişət binaları ilə yanaşı, yaşayış sahələrini də bombalamaqda ittiham edərək, cinayət məsuliyyətinə cəlb edilməsinə çağırış edib.