Orqanizminizi yeniləmək üçün bunu mütləq edin

0
3
“Əgər yuxu rejiminizə diqqət etmir, siqaret və spirtli içkilər qəbul edir, yağlı qidalar yeyir, ətli yeməklərə üstünlük verir,  meyvə-tərəvəzi az qəbul edir, kimyəvi dərman istifadə edirsinizsə mütləq detoks etməlisiniz. Əks halda gərgin və stresli bir yaşama sahib olacaqsınız.
Bəs görək detoks nədir?
Detoks orqanizmin özünü bərpa etməsinə kömək edən bir üsuldur. Necə ki, antibiotiklər bədəndəki mikrobları öldürməyə yarayırsa, detoks da hüceyrələrin normal fəaliyyətinə mane olan toksinlərin bədəndən atılmasını təmin edən bir sistemdir. Xəstəliklərdən xilas olub, sağlam bir həyat yaşamaq üçün də orqanizmdə əsaslı bir təmizləmə etmək lazımdır.
Detoksun faydaları nələrdir?
Orqanizmin təmizlənmə mexanizmi zəif olanda daha sürətli qocalma meyli və ürək xəstəlikləri, xərçəng və xroniki degenerativ xəstəliklərə yaxalanma riski daha çox olur. Detoks sayəsində orqanların, məsələn, beyin, böyrək, qaraciyər, immun sistemi tam gücü ilə işləməyə başlayır. Qısacası sağlamlığımızı təmin edir.
Moderator.az-ın təqdim edəcəyi bu detoksu etməklə orqanizminizi yeniləyə bilərsiniz:
Pomidor detoksunun hazırlanma qaydası:
2 ədəd dilim-dilim kəsilmiş pomidor,
1/2 ədəd küp şəklində doğranmış soğan
1 ədəd 4 yerə bölünmüş və soyulmuş limon
1 çay qaşığı toz, ya da rəndələnmiş zəncəfil
1 ədəd soyulmuş sarımsaq
Pomidor, soğan, limon, zəncəfil və sarımsağı meyvə sıxandan keçirib üzrəinə istiot tökdükdən sonra dərhal için.
Bu detoks xolestrini aşağı salır.