İnsanlar bundan sonra ən çox 115 il ömür yaşayacaq – ALİMLƏRDƏN ŞOK İDDİA

0
3

Elm adamları insanlar da daxil, bütün canlıların maksimal ömür həddini 115 il olacağı faktını irəli sürüblər.  İngiltərə, ABŞ, Yaponiya və Fransada yaşı 110-dan çox olan insanların ölüm səbəblərini araşdıran elm adamları uzunömürlülük həddinin get-gedə azaldığı qənaətinə gəliblər. Nüfuzlu “ Nature” jurnalında yayımlanan nəticələrə görə, Yer kürəsində hər 10 min insandan cəmi bir nəfəri 125 ildən çox yaşayır.Moderator.az xəbər verir ki, elmi sınaq layihəsinin rəhbəri olan professor Jan Ving insanların uzunömürlülük göstəricilərinin gələcəkdə 115 yaşdan yuxarı olmayacağını qeyd edib. Onun sözlərinə görə, aparılan elmi təcrübələr gələcəklə bağlı bu cür pessimist danışmağa alimləri sövq edir.