Dünən “Azad Azərbaycan Naminə” təşkilatı ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı ümumrespublika müşavirəsini keçirib. Təşkilatın idarə heyətinin səyi ilə baş tutmuş yığıncaq bir neçə saat davam edib. Öncə qonaqlara söz verilib.
Tədbirdə çıxış edən Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, şair Mübariz Məsimoglu, Ümid partiyasının sədr müavini Elman Abbasov, “PS.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli təşkilata uğurlar arzulamaqla yanaşı, ölkədəki mövcud durumu ətraflı təhlil etmişlər. AAN-nın Təşkilat komitəsi idarə heyətinin üzvləri Elvin Baycan və Ağaşirin Tarverdioğlu təşkilatın fəaliyyət istiqaməti barədə ətraflı məlumat verərək yaxın gələcəkdə belə tədbirlərin intensiv olacağını bəyan ediblər. Onlar mitinqlərin keçirilə biləcəyini də fəaliyyət proqramlarına daxil etdiklərini qeyd ediblər. Yüksək əhval-ruhiyyə ilə davam edən müşavirə dövlət himninin canlı ifasıyla yekunlaşıb.
Nicat Sadiq